Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var

Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var Bunu beynəlxalq koalisiyanın nümayəndəsi Rayan Dillon açıqlayıb
Digər ölkələr
8 Sentyabr , 2017 00:30
Koalisiya: Suriyada daha 12 min İŞİD döyüşçüsü var

Bakı. 8 sentyabr. REPORT.AZ/ Suriyanın müxtəlif ərazilərində hələ 12 min İŞİD döyüşçüsü qalmaqdadır.

"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, bunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Rayan Dillon bildirib.

"Hoycada onların sayı 1000 nəfərdən azdır. Deyr-ez-Zorda 2500 nəfərdirlər. Bizim hesablamamıza görə, Rakkada İŞİD döyüşçülərinin sayı 1500 nəfərdir. Məyadində isə 6-8 min döyüşçü var", - deyə Dillon İŞİD-in Suriyadakı döyüşçülərinin sayı barədə sualı cavablandırarkən bildirib.

ABŞ-ın rəhbərlikl etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir.

Son xəbərlər

Orphus sistemi