Bakı. 17 İyul. REPORT.AZ/ Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə 26 aviazərbə endirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hədəf terrorçuların İraq və Suriyadakı mövqeləri olub.
Nəticədə İŞİD-in bir neçə binası və nəqliyyat vasitəsi məhv edilib.