​Hillari Klinton rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiq edilib

​Hillari Klinton rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiq edilib Qərar Demokratlar Partiyasının qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub
Digər ölkələr
119
27 İyul , 2016 03:01
​Hillari Klinton rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiq edilib

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı partiyanın Filadelfiyadakı (Pensilvaniya ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Beləliklə, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə olaraq sistem formalaşdıran iki siyasi partidan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Klintonun seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında verməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi