Klaus Yohannis növbəti müddətə Rumıniya prezidenti seçilib

Klaus Yohannis növbəti müddətə Rumıniya prezidenti seçilib Rumıniyanın hazırkı dövlət başçısı Klaus Yohannis prezident seçkilərinin ikinci turunda növbəti dəfə qalib gəlib.
Digər ölkələr
24 Noyabr , 2019 23:22
Klaus Yohannis növbəti müddətə Rumıniya prezidenti seçilib

Rumıniyanın hazırkı dövlət başçısı Klaus Yohannis prezident seçkilərinin ikinci turunda növbəti dəfə qalib gəlib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, o, seçkilərdə 66,5 faiz səs toplayıb. Yohannis prezident seçkilərinin ikinci turunda Milli Liberal Partiyasının namizədi olub. 

"Exit poll"un məlumatlarını Rumıniyanın Qiymətləndirmə və Strategiya İnstitutu (IRES) yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) seçki məntəqələrinin bağlanmasından dərhal sonra açıqlayıb. Yohannisin Sosial Demokrat Partiyasından (SDP) olan rəqibi, SDP lideri Viorika Dençile isə seçkilərdə 33,5% səs toplayıb.

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 49,84%-i iştirak edib.

Beləliklə, Klaus Yohannis, "exit poll"un məlumatına görə, yenidən növbəti beşillik müddətə Rumıniya prezidenti seçilib.

Qeyd edək ki, bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ölkə üzrə 18748 seçki məntəqəsində keçirilib. Daimi seçki siyahılarında 18 milyondan çox seçici qeydiyyata alınıb. Bununla yanaşı, xaricdə 835 seçki məntəqəsi açılıb.

Son xəbərlər

Orphus sistemi