Kiyevdə yaşanan qarşıdrma nəticəsində azı 130 nəfər xəsarət alıb

Kiyevdə yaşanan qarşıdrma nəticəsində azı 130 nəfər xəsarət alıb Ukrayna parlamentinin "muxtariyyət qərarı" Kiyevdə zorakılıqlara səbəb olub
Digər ölkələr
1 Sentyabr , 2015 03:58
Kiyevdə yaşanan qarşıdrma nəticəsində azı 130 nəfər xəsarət alıb

Bakı. 01 sentyabr. REPORT.AZ/ Ötən gün Kiyevdə baş verən etiraz aksiyaları zamanı azı 130 nəfər yaralanıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bir polis zabitinin öldürüldüyü etiraz aksiyalarına səbəb Ukraynanın şərqində rusiyapərəst üsyançılara daha çox muxtariyyətin verilməsi ehtimalı olub.

Ukrayna prezidentinin humanitar məsələlər üzrə köməkçisi Olqa Boqomolets bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır, onlardan biri komadadır.

Dinc başlayan nümayişdə insanlar parlament binasının önündə bayraqlar dalğalandırıb. Lakin daha sonra etiraz aksiyası zorakılıqlara səhnə olub.

Həm nümayişçilər, həm də polis göz yaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi