Kiyevdə səkkiz ölkənin səfirliyi Novruz bayramını birlikdə qeyd edib

Kiyevdə səkkiz ölkənin səfirliyi Novruz bayramını birlikdə qeyd edib Azərbaycan Səfirliyi adından "Qafqaz" ansamblı "İgidlər" rəqsi ilə çıxış edib
Digər ölkələr
21 Mart , 2017 17:41
Kiyevdə səkkiz ölkənin səfirliyi Novruz bayramını birlikdə qeyd edib

Kiyev. 21 mart. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Dövlət Administrasiyasında Novruz şənliyi keçirilib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, şənlik səkkiz ölkənin – Azərbaycan, İraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə Cümhuriyyəti və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə keçirilib.

Bayram konsertini "ZERNYATKO" uşaq folklor ansamblı açıb. Səfirliklərin hər birindən rəqs və vokal nömrəsi təqdim olunub. Azərbaycan Respublikasının Səfirliyi adından "Qafqaz" ansamblı "İgidlər" rəqsi ilə çıxış edib.

Tədbirdə həmçinin hər bir ölkədə Novruz bayramının keçirilməsi tarixi ilə bağlı xalq yaradıcılığı sərgisi nümayiş etdirilib. Bununla yanaşı, milli mətbəxlərin, xüsusən Novruzda bişirilən şirniyyatların dequstasiyası təşkil olunub.

"Kiyevdəki səfirliklərin Novruz şənliklərini birgə keçirməsi artıq çoxillik ənənədir. Bu gün biz Ukrayna ictimaiyyətinə adətlərimiz, Novruz bayramının tarixi, haqqında danışmağa, rəqslərimizi, mahnılarımızı təqdim etməyə şad olduq.

Bugünkü tədbir - bir növ Ukrayna ictimaiyyətinin adətlərimiz və mədəniyyətimiz haqqında məlumatlandırıldığı multikultural dialoqdur" – deyə Azərbaycan Respublikasının Ukrayndakı Səfirliyinin mətbuat xidmətindən "Report"a bildirilib.

Açılış mərasimində səfirlər, təşkilatçı səfirliklərin ümayəndələri iştirak ediblər. Mərasimə habelə deputatlar, nazirliklərin, idarələrin nümayəndələri, ictimai xadimlər, artistlər və bütün arzu edənlər qatılıb.

Son xəbərlər

Orphus sistemi