Bakı. 9 iyul. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenko bu ölkəyə səfər etmiş ABŞ dövlət katibi Reks Tillersonda görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "facebook"dakı səhifəsində xəbər verib.
Poroşenko Tillersonu Ukrayna Prezidenti Administrasiyası binasının qarşısında qarşılayıb.
O, qeyd edib ki, ABŞ rəsmisini qarşılamaqdan məmnunluq duyur. "ABŞ dövlət katibini Ukraynaya ilk rəsmi səfərdə salamlamaqda şadam" – deyə Poroşenko yazıb.