KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib

KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sazişi imzalamaqdan imtina edib.
Digər ölkələr
14 fevral 2025 20:45
KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib.

“Report”un məlumatına görə, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ondan imzalamasını istədikləri sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, - deyə jurnalist bildirib.

Eyni zamanda, “Reuters” mənbəyə istinadən qeyd edib ki, Ukrayna lideri hiss edib ki, ondan oxumaq imkanı olmayan bir şeyi əsassız olaraq imzalamağı xahiş edirlər.

“Zelenski ABŞ nümayəndələri ilə Ukrayna Konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini də müzakirə edib”, - nəşr qeyd edib.

ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra ABŞ Prezidenti Donald Trampın təklifinin təkmilləşdirməyə ehtiyacı olduğunu deyib. Lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.

Son xəbərlər

Orphus sistemi