Rusiya büdcə xərclərinin üçdə birini gizlədir ki, bu da müharibə ilinin dövlətin maliyyə imkanlarına və iqtisadi prioritetlərə təsirinin göstəricisidir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Rusiya Maliyyə Nazirliyinin məlumatlarını təhlil edən agentlik hesab edir ki, gizli xərclər martın 24-dək 2,4 trilyon rubla (31 milyard dollar) çatıb, bu isə bir il əvvəlki səviyyədən iki dəfə çoxdur.
Rusiya silahlı qüvvələrinə çəkilən xərclər kəskin şəkildə artdığından, müdafiə sahəsi xərc payına görə hazırda hökumətin sosial proqramlarından sonra ikinci yerdədir.
Yanvar və fevral aylarının məlumatları Rusiyada rekord büdcə kəsirinin olduğunu göstərib.
"Bloomberg Economics" bu il federal büdcə kəsirinin ÜDM-in 3-4%-ni təşkil edəcəyini proqnozlaşdırır.