KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib

KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib Livan parlamentindəki müxalifət fraksiyalarının liderlərindən biri Nadim Jmayel “Hizbullah” birləşmələrindən silahlarını Livan ordusuna təhvil vermələrini tələb edib.
Digər ölkələr
6 Oktyabr , 2024 01:19
KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib

Livan parlamentindəki müxalifət fraksiyalarının liderlərindən biri Nadim Jmayel “Hizbullah” birləşmələrindən silahlarını Livan ordusuna təhvil vermələrini tələb edib.

“Report” xəbər verir ki, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müxalifət BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarının yerinə yetirilməsini tələb edir:

““Hizbullah” silahları Livan ordusuna təhvil verilməlidir. Yaxın həftələrdə Livanın suverenliyini bərpa edəcək yeni yol xəritəsi hazırlanacaq”.

Livanın fövqəladə hallara operativ reaksiya mərkəzinin koordinatoru, ətraf mühitin mühafizəsi naziri vəzifəsini icra edən Nasir Yasin bir müddət əvvəl bildirib ki, Beyrut 2006-cı ildə İsrail və “Hizbullah” arasında münaqişəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirərək ölkənin cənubunda atəşkəsə nail olmaq üçün sərt mövqe tutub.

Son xəbərlər

Orphus sistemi