KİV: Mali “Bavar-373” hava hücumundan müdafiə sistemini almağa hazırlaşır

KİV: Mali “Bavar-373” hava hücumundan müdafiə sistemini almağa hazırlaşır Mali hakimiyyəti İrandan “Bavar-373” hava və raketdən müdafiə sistemi almaq niyyətindədir.
Digər ölkələr
20 Avqust , 2024 07:51
KİV: Mali “Bavar-373” hava hücumundan müdafiə sistemini almağa hazırlaşır

Mali hakimiyyəti İrandan “Bavar-373” hava və raketdən müdafiə sistemi almaq niyyətindədir.

"Report" bu barədə "AES Info" informasiya portalına istinadən xəbər verir.

Məlumata deyilir ki, bu addım iki ölkə arasında hərbi əməkdaşlıqda dönüş nöqtəsi ola bilər.

Qeyd edilir ki, “Bavar-373" Maliyə ballistik raketlər və döyüş təyyarələri də daxil olmaqla çoxsaylı hava təhlükələrinə qarşı durmağa imkan verəcək.

“Bavar-373” 305 km məsafədə hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş modernləşdirilmiş zenit-raket kompleksidir.

Son xəbərlər

Orphus sistemi