KİV: Avropa İttifaqı Rusiyanın tərəfdaşlarına qarşı sanksiyaları öyrənəcək

Digər ölkələr
  • 28 avqust, 2025
  • 04:42
KİV: Avropa İttifaqı Rusiyanın tərəfdaşlarına qarşı sanksiyaları öyrənəcək

Avropa İttifaqı ilk dəfə olaraq Rusiyanın tərəfdaşlarına qarşı qurumun xarici işlər nazirlərinin avqustun 29-30-da Kopenhagendə qeyri-rəsmi görüşdə müzakirə edəcəkləri 19-cu məhdudiyyətlər paketi çərçivəsində ikinci dərəcəli sanksiyalar tətbiq etməyə cəhd etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edib ki, bu ikinci dərəcəli sanksiyalar Rusiyanın məhdudiyyətləri aradan qaldırmaq tədbirlərinə qarşı yönələ bilər və Aİ-nin sanksiyalardan yan keçmək cəhdində şübhələndiyi üçüncü ölkələrə müəyyən mal və texnologiyaların tədarükünə qoyulan qadağalardan ibarət ola bilər.

Vurğulanıb ki, 19-cu məhdudiyyətlər paketi Brüsselin ukraynalı uşaqları oğurlamaqda ittiham etdiyi şəxslərin qara siyahısına daxil edilməsini nəzərdə tutur. Bundan əlavə, Rusiyanın neft, qaz və bank sektorlarına qarşı yeni tədbirlər gözlənir.