KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb

KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Man Çinin maliyyə tənzimləyicilərinin fəaliyyətini, eyni zamanda Çinin texnoloji şirkətlərə qarşı münasibətini tənqid etdikdən sonra oktyabr ayının sonundan bəri ictimaiyyət qarşısına çıxmayı
Digər ölkələr
10 Yanvar , 2021 09:30
KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb
Cek Ma

Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Ma Çinin maliyyə tənzimləyicilərinin fəaliyyətini, eyni zamanda Çinin texnoloji şirkətlərə qarşı münasibətini tənqid etdikdən sonra oktyabr ayının sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.

“Report” xəbər verir ki, ötən həftə “Telegraph”, “Forbes”, “Financial Times”, “CNN”, “Fox”, “ABC” mətbu orqanları “Milyarderin itməsi”, “Cek Ma haradadır?”, “Cek Ma yoxdur?”başlıqlı məqalələr dərc ediblər.

“ABC” televiziya kanalı qeyd edir ki, milyarder iki aydan çoxdur ictimaiyyət qarşısına çıxmır. Sonuncu dəfə 31 oktyabrda şirkətlə bağlı tədbirdə iştirak edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Çinin Dövlət Bazar Tənzimləməsi İdarəsi “Alibaba Group” ilə bağlı araşdırma apardığını açıqlayıb. Tənzimləyici şirkətin siyasətinin antimonopol qanunlara uyğunluğunu nəzərdən keçirəcək.

Son xəbərlər

Orphus sistemi