KİV: ABŞ-ın xüsusi xidmət orqanları Assancı zəhərləmək istəyib

KİV: ABŞ-ın xüsusi xidmət orqanları Assancı zəhərləmək istəyib ABŞ-ın xüsusi xidmət orqanları “WikiLeaks”in banisi Culian Assanjı zəhərləməyi planlaşdırıb.
Digər ölkələr
1 Oktyabr , 2020 03:04
KİV: ABŞ-ın xüsusi xidmət orqanları Assancı zəhərləmək istəyib
Culian Assanc

ABŞ-ın xüsusi xidmət orqanları “WikiLeaks”in banisi Culian Assancı zəhərləməyi planlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın  “The Guardian” qəzetində dərc edilmiş materialda bildirilir.

“UC Global” mühafizə müəssisəsinin sabiq-əməkdaşı nəşrə bildirib ki, ABŞ kəşfiyyatı onunla birlikdə jurnalistdən "xilas olmaq" üsullarının müzakirəsini keçirib. Bu üsullar arasında Assancın oğurluğuna variantına da baxılıb.

Mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi xidmət orqanları 2017-ci ildə “UC Global”ın başçısı Devid Moralesə “WikiLeaks”in banisi barəsində "daha radikal tədbirlər" tətbiq etmək təklifi ilə müraciət edib.

Bundan başqa, Assancın gizləndiyi səfirlik binasında müşahidə kameralarının və mikrofonların quraşdırılması planlaşdırıb.

Qeyd edək ki, Assanc hazırda Britaniya həbsxanasındadır.

Son xəbərlər

Orphus sistemi