KİV: ABŞ-ın İraqdakı hərbi bazası yaxınlığında partlayış səsləri eşidilib

KİV: ABŞ-ın İraqdakı hərbi bazası yaxınlığında partlayış səsləri eşidilib Bağdaddan 110 kilometr qərbdə yerləşən “Əyn əl-Əsəd” bazası ABŞ hərbçilərinin İraqda yerləşdiyi ən böyük hərbi bazalardan biridir
Digər ölkələr
4 May , 2021 17:51
KİV: ABŞ-ın İraqdakı hərbi bazası yaxınlığında partlayış səsləri eşidilib

İraqın Ənbər vilayətində ABŞ hərbçilərinin yerləşdiyi “Əyn əl-Əsəd” hərbi bazasının yaxınlığında partlayış səsləri eşidilib.

"Report" xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

“Al Arabiya” telekanalı isə öz növbəsində İraq mənbələrinə istinad edərək bazanın raket atəşinə tutulduğunu bildirib. Məlumata görə, hücum nəticəsində yaralanan olmayıb.

Qeyd edək ki, paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşən “Əyn əl-Əsəd” bazası ABŞ hərbçilərinin İraqda yerləşdiyi ən böyük hərbi bazalardan biridir.

Son xəbərlər

Orphus sistemi