Kiprin Daxili İşlər Nazirliyi prezident seçkilərinin nəticələrini açıqlayıb

Kiprin Daxili İşlər Nazirliyi prezident seçkilərinin nəticələrini açıqlayıb Bakı. 4 fevral. REPORT.AZ/ Kiprin hazırkı prezidenti, sağ mərkəzçi Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərinin ikinci turunda liderlik edir.
Digər ölkələr
4 Fevral , 2018 21:31
Kiprin Daxili İşlər Nazirliyi prezident seçkilərinin nəticələrini açıqlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Kiprin hazırkı prezidenti, sağ mərkəzçi Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərinin ikinci turunda liderlik edir.

"Report" xəbər verir ki, bu barədə Kiprin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, bülletenlərin 26 faizinin hesablanmasından sonra onun seçicilərin 56 faizinin səslərini toplaması məlum olub. Nikos Anastasiadisin rəqibi Stavros Malas isə seçicilərin 44 faizinin səsini toplayıb.

Qeyd edək ki, bu gün Kiprdə prezident seçkilərinin ikinci turu keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 7-də açılıb və 18-dək fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi