Kipr XİN təyyarəni Misir vətəndaşının qaçırdığını təsdiqləyib

Kipr XİN təyyarəni Misir vətəndaşının qaçırdığını təsdiqləyib O, Qahirə Universitetində tarix üzrə professordur
Digər ölkələr
29 Mart , 2016 14:33
Kipr XİN təyyarəni Misir vətəndaşının qaçırdığını təsdiqləyib

Bakı. 29 mart. REPORT.AZ/ Kipr Xarici İşlər Nazirliyi Misirin A320 sərnişin təyyarəsini qaçıranın misirli olduğunu təsdiqləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, əvvəlcədən bildirildiyi kimi İbrahim Samaha deyil. Təyyarəni qaçıran şəxsin adı Seyf əd-Din Mustafadır.

Bu informasiya daha əvvəl KİV-də yayılsa da, indiyə qədər rəsmən təsdiqlənməmişdi.

Qeyd olunur ki, misirli Seyf əd-Din Mustafa Qahirə Universitetində tarix üzrə professordur.

Son xəbərlər

Orphus sistemi