Yuxarı
    Bağlamaq

    Kim Çen Namın kimyəvi qazdan öldüyü təsdiqlənib

    Malayziyanın Səhiyyə Nazirliyi cəsədin yarılmasından sonra bu qərara gəlib

    Bakı. 26 fevral. REPORT.AZ/ Malayziyanın Səhiyyə Nazirliyinin kimyaçı ekspertləri Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın cəsədinin yarılması zamanı həkimlərin onun təhlükəli VX kimyəvi qazından ölməsinə dair ehtimalını təsdiq ediblər.

    “Report” xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Subramaniama Satxasivamayanın bəyanatına istinadən “Associated Press” məlumat yayıb.

    Bundan əvvəl polis Kim Çen Namın gözündən götürülən nümunə əsasında müəyyən etmişdi ki, onun öldürülməsində kimyəvi silah olan “VX Nerve Agent” zəhərli maddəsindən istifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi