Kim Çen In uzaqmənzilli raketləri sınaqdan keçirib

Kim Çen In uzaqmənzilli raketləri sınaqdan keçirib Şimali Koreya lideri Kim Çen In uzaq mənzilli qanadlı raketlərin sınağına rəhbərlik edib
Digər ölkələr
13 oktyabr 2022 01:14
Kim Çen In uzaqmənzilli raketləri sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In uzaq mənzilli qanadlı raketlərin sınağına rəhbərlik edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şimali Koreyanın başçısı vurğulayıb ki, ölkə “özünün nüvə strateji silahlı qüvvələrinin əhatə dairəsini genişləndirməyə davam etməlidir”. O izah edib ki, bu, istənilən vaxt istənilən kritik hərbi böhranın qarşısını almağa hazır olmaq üçün lazımdır. Bundan əlavə, Kim Çen Inın fikrincə, KXDR bu məsələdə liderliyi tam şəkildə öz üzərinə götürməlidir.

Bildirilib ki, Şimali Koreyanın iki raketi 2000 kilometr məsafədən hədəfi dəqiqliklə vurub. Nəşrin xəbərinə görə, onların buraxılması silahların döyüş effektivliyinin və gücünün sonradan artırılması, xüsusən də “bütün əməliyyat tətbiq sisteminin etibarlılığını və texniki təhlükəsizliyini” təsdiqləmək məqsədi daşıyırdı.

Son xəbərlər

Orphus sistemi