Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd edib

Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd edib Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.
Digər ölkələr
21 Dekabr , 2023 07:09
Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd edib

Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.

“Report” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen In deyib.

Siyasətçi bir gün əvvəl, dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

“Hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib, buna görə KXDR hətta düşmən onu nüvə silahı ilə təhrik etdikdə nüvə cavabından çəkinməyəcək”, – o qeyd edib.

Son xəbərlər

Orphus sistemi