Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO - VİDEO

Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO - VİDEO Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.
Digər ölkələr
10308
2 May , 2020 01:33
Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO - VİDEO

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

"Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanmasının rəmzi olan lenti şəxsən kəsdi", - agentlik qeyd edib.

Kim Çen In
Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının mətbuatı eyni zamanda Kim Çen Inın 1 May mərasimindəki fotosunu da yayımlayıb. Fotoda KXDR liderinin hər hansı xəstəlikdən əziyyət çəkməsinin əlaməti görünmür.

Daha əvvəl ölkənin “Nodon sinmun” qəzeti bildirib ki, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu göndərib.

Son xəbərlər

Orphus sistemi