Bakı. 22 noyabr. REPORT.AZ/ Hərbi çevrilişdən əvvəl istefaya göndərilən Zimbabvenin vitse-prezidenti Emmerson Mnanqaqva bu gün ölkəyə dönmək niyyətindədir.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, keçmiş vitse-prezident noyabrın 24-də yeni prezident kimi and içmək istəyir.
Qeyd edək ki, dünən ölkə prezidenti Robert Muqabe istefasını rəsmən açıqlayıb.