KİV: Tramp Misir prezidentini "sevimli diktator" adlandırıb

KİV: Tramp Misir prezidentini "sevimli diktator" adlandırıb ABŞ prezidenti Donald Tramp avqustda Böyük yeddilərin (G7) Fransanın Biarrits şəhərində keçirilən sammitində misirli həmkarı Əbdül Fəttah əs-Sisini sevimli diktator adlandırıb.
Digər ölkələr
14 Sentyabr , 2019 04:39
KİV: Tramp Misir prezidentini sevimli diktator adlandırıb

ABŞ prezidenti Donald Tramp avqustda "Böyük yeddilər"in (G7) Fransanın Biarrits şəhərində keçirilən sammitində misirli həmkarı Əbdül Fəttah əs-Sisini "sevimli diktator" adlandırıb.

"Report"un məlumatına görə, bu barədə cümə günü "The Wall Street Journal" qəzeti bildirib.

Qəzetin məlumatına görə, Tramp Amerika və Misir məmurlarının iştirak etdiyi görüşdən əvvəl ucadan "Hanı mənim sevimli diktatorum?", - deyə soruşub.

Həmin vaxt zalda olmuş bir neçə nəfər nəşrə Trampın bu sözlərini eşitdiklərini təsdiq ediblər. Onlar həmçinin bildiriblər ki, ABŞ prezidenti bunları zarafatcıl tərzdə deyib.

Misir prezidentinin özünün Trampın replikasını eşidib-eşitmədiyi məlum deyil.

Ağ Ev bu mövzu ilə bağlı qəzetə şərh verməkdən imtina edib. "The Wall Street Journal" həmçinin Misir məmurlarından da şərh ala bilməyib.

G7 sammiti Biarritsdə avqustun 24-dən 26-dək keçirilib. Sammitdə Tramp və əs-Sisi Liviyadakı vəziyyəti müzakirə edib.

Son xəbərlər

Orphus sistemi