KİV: Tramp ABŞ-ın Kanadadakı səfirini BMT-yə nümayəndə təyin edə bilər

KİV: Tramp ABŞ-ın Kanadadakı səfirini BMT-yə nümayəndə təyin edə bilər Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kanadadakı səfiri Kelli Kraftın BMT yanında daimi nümayəndə təyin etməsini nəzərdən keçirir.
Digər ölkələr
13 Oktyabr , 2018 06:52
KİV: Tramp ABŞ-ın Kanadadakı səfirini BMT-yə nümayəndə təyin edə bilər

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kanadadakı səfiri Kelli Kraftın BMT yanında daimi nümayəndə təyin etməsini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edib ki, Trampın 56 yaşlı Krafta münasibəti yaxşıdır. Kelli Kraft Kanadaya ötən ilin oktyabrında səfir təyin edilib.

ABŞ-ın BMT-dəki əvvəlki nümayəndəsi Nikki Heyli vəzifəsindən istefa verdiyini bildirib. O, bu postdan 2019-cu ilin yanvarında gedəcək. 

Son xəbərlər

Orphus sistemi