​KİV: Səddam Hüseynin qardaşı oğlu döyüşdə öldürülüb

​KİV: Səddam Hüseynin qardaşı oğlu döyüşdə öldürülüb İbrahim Səbəvi ötən il Tikritdəki hərbi bazaya hücumda günahlandırılırdı
Digər ölkələr
20 May , 2015 17:08
​KİV: Səddam Hüseynin qardaşı oğlu döyüşdə öldürülüb

Bakı. 20 may. REPORT.AZ/ İraqın keçmiş lideri Səddam Hüseynin qardaşı oğlu İbrahim Səbəvi ölkənin şimalında yerləşən Bayci şəhərində gedən döyüşdə ölüb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, İbrahim Səbəvi Səddam Hüseynin qardaşı Həsən Səbəvinin böyük oğlu idi. O, İŞİD silahlıları tərəfində döyüşürmüş.

Məlumata əsasən, İbrahim Səbəvi ötən il Tikritdəki hərbi bazaya hücumda günahlandırılırdı. Həmin basqında İŞİD silahlıları hərbi məktəbin 1600-ə yaxın müdavimini qətlə yetirmişdi.

Xəbərdə bildirilib ki, Həsən Səbəvi isə 2013-cü ildə ABŞ hərbçiləri tərəfindən tutulmuş sonra xərçəng xəstəliyindən ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi