Lahor
“Report” bu barədə “GeoTV”yə istinadən xəbər verir.
Xatırladaq ki, hazırda BƏƏ-də yaşayan P.Müşərrəf barəsindəki dövlət xəyanət ittihamına dair dekabrın 27-də Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi.
Dekabrın 17-də Pakistan Xüsusi Məhkəməsinin 76 yaşlı P.Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək edam cəzasına məhkum etməsi xəbəri yayılmışdı. Belə ki, hərbi çevriliş nəticəsində 2001-2008-ci illərdə prezident olmuş P.Müşərrəf 2007-ci ildə Konstitusiyanı qüvvədən salıb fövqəladə vəziyyət tətbiq etməkdə ittiham edilirdi.