KİV: İraqda ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

KİV: İraqda ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.
Digər ölkələr
126
17 Yanvar , 2020 06:22
KİV: İraqda ABŞ-ın bazalarının bombalanması nəticəsində 11 hərbçi yaralanıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.

Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.

Son xəbərlər

Orphus sistemi