Yuxarı

İraqda partlayış nəticəsində 20 hərbçi ölüb

Bəycidəki müəssisə sutkada 300 min barrel neft emal edir

Bakı. 19 avqust. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərindən 200 km şimal-qərbdə yerləşən Bəyci şəhərində törədilən partlayış nəticəsində azı 20 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Bəycidə İraqın iri neft emalı zavodu yerləşir. Həmin müəssisə sutkada 300 min barrel neft emal edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi