Bakı. 9 iyul. REPORT.AZ/ İsrail kəşfiyyat orqanları bildiriblər ki, HƏMAS hərəkatının üzvləri İsrail vətəndaşını əsir götürüb.
"Report" Haaretz-ə istinadən xəbər verir ki, İsrail vətəndaşı Qəzza zolağında saxlanılır.
Məlumata görə, bu gənc artıq 10 aydır ki, Qəzza zolağı sərhədini keçdikdən sonra itkin düşmüş hesab olunur.