KİV: Donald Tramp Fətullah Gülənin ekstradisiyası məsələsinə baxır

KİV: Donald Tramp Fətullah Gülənin ekstradisiyası məsələsinə baxır Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ administrasiyası terrorçu FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının mümkün hüquqi aspektlərini öyrənir.
Digər ölkələr
15 Noyabr , 2018 23:59
KİV: Donald Tramp Fətullah Gülənin ekstradisiyası məsələsinə baxır

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ administrasiyası terrorçu FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının mümkün hüquqi aspektlərini öyrənir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə NBC "News" telekanalı Birləşmiş Ştatlar hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın əməkdaşları Kerol E Li, Culiya Eysnli və Kortni Kyubanın məlumatına görə, Ağ Ev bununla da səudiyyə jurnalist Camal Qaşıqçının qətli hadisəsi fonunda Ankaranı "öz tərəfinə çəkmək" istəyir.

Məlumata görə, Donald Tramp administrasiyası artıq Ədliyyə Nazirliyinə, Federal Təhqiqat Bürosuna və Daxili Təhlükəsizlik Nazirliyinə müvafiq göstərişlər verib.

Məlumata görə, Ağ ev adı çəkilən qurumlardan "Türkiyənin Gülənin ekstradisiyası üzrə təqdim etdiyi materiallara yenidən baxılması" mümkünlüyü, həmçinin "ABŞ-da Gülənin hüquqi statusu" barədə məlumat istəyib.

Ağ Ev və ABŞ-ın digər rəsmi qurumları məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin fəaliyyətinin araşdırıldığını söyləyib. FETÖ rəhbəri Gülənlə bağlı sorğu aparıldığını bəyan edən senator nəticənin necə olacağını səbirsizliklə gözlədiklərini bildirib. 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş mətbuat katibi, sonuncu prezident seçkisində ABŞ Prezidenti Donald Trampın müşaviri olmuş Cefferi Qordon isə bildirib ki, FETÖ rəhbəri Fətullah Gülən Türkiyə və ABŞ-ın təhlükəsizliyini təhdid etdiyindən onu dərhal Ankaraya təhvil vermək lazımdır.

Son xəbərlər

Orphus sistemi