KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

Digər ölkələr
  • 13 aprel, 2018
  • 06:37
KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

Bakı. 13 aprel. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ölkə paytaxtı Dəməşqdəki prezident sarayını tərk edərək, Rusiyanın hərbi hava bazasına sığınıb.

“Report” xəbər verir ki, bunu “Daily Star” yazıb.

Məlumata görə, B.Əsəd rusiyalı hərbçilərin müşaiyəti ilə Suriyanın Lazkiye rayonunun cənub-şərqində yerləşən Hmeyimdəki Rusiya hərbi hava bazasına gedib. Onun pəncərəsi olmayan bir sığınacaqda qaldığı, yanında başqa suriyalı yüksək vəzifəli şəxslərin olmadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl B.Əsədin İrana qaçdığına dair məlumat yayılmışdı.

44 filmi