Yuxarı

​KİV: "ABŞ-ın hava zərbələri nəticəsində İraqın 30 əsgəri ölüb"

İraq parlamenti komitəsinin sədri Hakim əz-Zamli: Baş nazirdən məsələnin təcili araşdırılmasın tələb etdim

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın hava zərbələri nəticəsində İraq ordusunun azı 30 əsgəri ölüb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bunu İraq parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədri Hakim əz-Zamli bildirib.

"Əl-Fəlluca əyalətinin ən-Naimiyyə şəhərinə ABŞ-ın hava zərbələri nəticəsində İraq ordusu 55-ci briqadasının 30 əsgəri həyatını itirib, 20 hərbçi yaralanıb. Baş nazir Heydər əl-İbadidən tələb etdim ki, İŞİD-ə qarşı uğurlar əldə etmiş 55-ci briqadanın havadan vurulması təcili olaraq araşdırılsın", - o vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi