KİV: ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində 9 döyüş təyyarəsi məhv edilib

Digər ölkələr
  • 07 aprel, 2017
  • 08:38
KİV: ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində 9 döyüş təyyarəsi məhv edilib

Bakı. 7 aprel. REPORT.AZ/ “İlkin məlumata görə, ABŞ-ın Homsa endirdiyi hava zərbərləri nəticəsində 9 döyüş təyyarəsi məhv edilib”.

“Report” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Bir müddət əvvəl Rusiya KİV-i həmin bazada təyyarələrin olmadığı və onların başqa hava limanına köçürüldüyü barədə məlumat yaymışdı.

Qeyd edək ki, ABŞ Suriyanın Homs bölgəsində Bəşşar Əsəd rejiminə aid Hərbi Hava bazasına Aralıq dənizindəki gəmilərindən "Tomahawk" tipli 59 raket buraxıb.

44 filmi