​Kəşmirdə Hindistana məxsus helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

​Kəşmirdə Hindistana məxsus helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb Bu ilin mayında həmin rayonda avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər ölmüşdü
Digər ölkələr
23 Noyabr , 2015 14:33
​Kəşmirdə Hindistana məxsus helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Cammu və Kəşmirdə Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, helikopterdə 7 nəfər olub və qəza nəticəsində onların hamısı ölüb.

Hadisə Cammu və Kəşmir bölgəsinin Katra şəhərində olub.

Məlumata əsasən, sərnişinlər Katradakı Vayşno-devi məbədini ziyarətdən qayıdırmışlar.

Qeyd edək ki, bu ilin mayında həmin rayonda avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi