Kəşmirdə avtobusa silahlı hücum nəticəsində 5 hərbçi ölüb

Kəşmirdə avtobusa silahlı hücum nəticəsində 5 hərbçi ölüb Cavab atəşi zamanı iki terrorçu zərərsizləşdirilib
Digər ölkələr
25 İyun , 2016 18:31
Kəşmirdə avtobusa silahlı hücum nəticəsində 5 hərbçi ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında əsgərləri daşıyan avtobusa silahlı hücum nəticəsində ən azı 5 hərbi qulluqçu həlak olub.

"Report" xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Times of India" nəşri yazıb.

Nəşrin məlumatına görə, yaraqlılar şənbə günü poliqondan gələn avtomobil karvanına hücum ediblər. Ən azı 20 hərbçi yaralanıb. Açılan cavab atəşi nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Hücum edənlərin axtarışı gedir.

Son xəbərlər

Orphus sistemi