Yuxarı
    Bağlamaq

    Kerry: “Rusiya ilə Suriyada sülhə dair ilkin razılıq əldə edilib”

    ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil

    Bakı. 21 fevral. REPORT.AZ/ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Kerry bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.

    Bundan öncə o, Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.

    Kerry-nin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.

    ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi