Kərkükdə İraq hökumət qüvvəlləri ilə kürd separatçıları arasında toqquşmalar olub

Kərkükdə İraq hökumət qüvvəlləri ilə kürd separatçıları arasında toqquşmalar olub Toqquşmalar bölgənin sənaye rayonu olan cənub bölgəsinə olub
Digər ölkələr
16 Oktyabr , 2017 06:09
Kərkükdə İraq hökumət qüvvəlləri ilə kürd separatçıları arasında toqquşmalar olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ərəb mediasının yaydığı xəbərə görə, oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib. "Report"un, verdiyi məlumata görə, bu barədə "Al Sumaria" telekanalı xəbər verir.

Toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. "Rudaw" kürd telekanalının yaydığı məlumata görə peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub.

"Ria Novosti" agentliyi bildirir ki, İraq Kürdüstanının prezidenti Məsud Barzani isə peşmərqə dəstələrinə İraq ordusuna hücumlardan yayınmağa çağırıb, lakin cavab olaraq atəş açmağa icazə verib.

Bir az əvvəll İraqın baş naziri Heydər əl Abadi hökumət qüvvələrinə Kərkükün dövlət və hərbi obyektlərində təhlükəsizliyin bərqərar olmasını əmrini verib. Bununla yanaşı, o, bu məqsədə peşmərqə qüvvələri  ilə birgə nail omağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi