Kərkük şəhərinə yeni vali təyin olunub

Digər ölkələr
  • 17 oktyabr, 2017
  • 15:24
Kərkük şəhərinə yeni vali təyin olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ İraqın Kərkük şəhərinə yeni vali təyin olunub. 

"Report"un məlumatına görə, mərkəzi hakimiyyətin qərarı ilə bu vəzifəyə keçmiş valinin köməkçisi Rakan Sait gətirilib. 

Qeyd edək ki, Nəcməddin Kərim sentyabrın 14-də İraq parlamentinin qərarı ilə Kərkük valisi vəzifəsindən kənarlaşdırılıb.