Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb Keniyada avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Digər ölkələr
21 Avqust , 2024 06:44
Keniyada yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Keniyada avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Nation” nəşri məlumat yayıb.

Bildirilib ki, Nakuru-Eldoret magistral yolu ilə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini bir neçə avtomobilə çırpıb.

Nəticədə sərnişin avtobusu yol kənarındakı arxa düşüb. Sərnişinlərdən biri Roda Atienonun sözlərinə görə, avtobusda bütün səyahət boyu texniki problemlər yaranıb.

O, əlavə edib ki, sərnişinlər sürücüdən avtobusu dəyişdirməyi xahiş ediblər, lakin o, əvəzində avtomobili təmir etmək üçün mexanikin yanına gedib və daha sonra yoluna davam edib.

Son xəbərlər

Orphus sistemi