Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var

Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var Keniya ilə Somali sərhədindəkii Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.
Digər ölkələr
24 Sentyabr , 2021 21:15
Keniya-Somali sərhədində partlayış baş verib, ölənlər var

Keniya ilə Somali sərhədindəki Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.

"Report" xəbər verir ki, Somali xəbər portalı "Shabelle Media Network" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.

Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

Portal göstərilən düşərgənin iki dövlətdən hansının ərazisində olduğunu açıqlamır.

Son xəbərlər

Orphus sistemi