Yuxarı
    Bağlamaq

    Keçən il Əfqanıstanda ölən dinc sakinlərin sayı çoxalıb

    Bu, BMT-nin müşahidələrə başlayandan bəri qurbanların sayı ilə bağlı ən böyük rəqəmdir

    Bakı.18 fevral. REPORT.AZ/ Ötən il Əfqanıstanda ölən və yaralanan dinc sakinlərin sayı 22% çoxalıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu məlumatı BMT yayıb.

    Xəbərdə bildirilib ki, 2014-cü ildə 3 699 dinc sakin öldürülüb, 6 849 nəfər isə yaralanıb. Bu, 2009-cu ildən, yəni BMT-nin müşahidələrə başlayandan bəri qurbanların sayı ilə bağlı ən böyük rəqəmdir.

    Hesabata əsasən, hökumət qoşunları ilə "Taliban" yaraqlıları arasında gedən döyüşdə ölənlərin sayı ilk dəfədir yollarda quraşdırılan minaların partlaması nəticəsində ölənlərin sayından çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi