Katalonyada qarşıdurmalar zamanı xəsarət alanların sayı 100-ə çatıb

Katalonyada qarşıdurmalar zamanı xəsarət alanların sayı 100-ə çatıb Dünən saxlanılan K.Puçdemon bu gün Şlezviq-Qolşteyn torpağında məhkəmədə ifadə verəcək
Digər ölkələr
26 Mart , 2018 10:06
Katalonyada qarşıdurmalar zamanı xəsarət alanların sayı 100-ə çatıb
AFP 2018 / Lluis Gene

Bakı. 26 mart. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtariyyətində polis və etirazçılar arasında toqquşmalarda xəsarət alanların sayı 100-ə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə tibbi xidmətlərdən bildirilib.

Onlar arasında "Mossos d'Esquadra" hüquq-mühafizə orqanlarının əməkdaşları da var və azı 3 nəfər saxlanılıb.

Xatırladaq ki, dünən Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniyada saxlanılmasından sonra İspaniya hökumətinin Kataloniyadakı nümayəndəliyinin, Almaniyanın Barselonadakı konsulluğunun, eləcə də Tarraqona, Lerida və Jironada İspaniya hökumətənin binaları qarşısında çoxsaylı etiraz aksiyaları keçirilib.

Etiraz aksiyalarının keçirilməsinə təşəbbüs "Kataloniya Milli Assambleyası" və "Omnium Cultural" ictimai təşkilatları tərəfindən irəli sürülüb.

Avropa orderi əsasında həbsi üçün qərar verilən və dünən Almaniyada saxlanılan K.Puçdemon bu gün Şlezviq-Qolşteyn torpağında məhkəmədə ifadə verəcək. O, hazırda Noymünster şəhərindəki həbsxanadadır.

Son xəbərlər

Orphus sistemi