Venesuelanın paytaxtında keçirilən etiraz aksiyalarında 46 nəfər xəsarət alıb

Venesuelanın paytaxtında keçirilən etiraz aksiyalarında 46 nəfər xəsarət alıb Onlardan 30-u zədə alıb, 2-i isə yanıq xəsarətlidir
Digər ölkələr
21 May , 2017 05:26
Venesuelanın paytaxtında keçirilən etiraz aksiyalarında 46 nəfər xəsarət alıb
Oboz.by

Bakı. 21 may. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən etiraz aksiyalarında 50-ə yaxın insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə paytaxtın Çakao rayonunun rəhbəri Ramon Muçaço öz "Twitter"ində yazıb.

Onun sözlərinə görə, ümumilikdə 46 nəfər yaralanıb. Onlardan 30-u zədə alıb, 2-i isə yanıq xəsarətlidir. Aksiyaçılardan 2-də yüksək qan təzyiqi qeydə alınıb. 

Qeyd edək ki, Karakasda naməlum şəxs avtomobilini etirazçıların üstünə sürüb. Nəticədə bir nəfər xəsarət alıb. 

Xatırladaq ki. Venesuelada yüz minlərlə insan küçələrə çıxaraq ölkə prezidenti Nikollas Madduroya etirazın 50-ci gününü qeyd edib.

Son xəbərlər

Orphus sistemi