Karakasda etirazlar zamanı xəsarət alanların sayı 90 nəfəri ötüb

Karakasda etirazlar zamanı xəsarət alanların sayı 90 nəfəri ötüb Ölənlərin sayı 39-46 nəfər arasında dəyişir
Digər ölkələr
11 May , 2017 05:39
Karakasda etirazlar zamanı xəsarət alanların sayı 90 nəfəri ötüb
Universal

Bakı. 11 may. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 93 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çakao rayon administrasiyasının rəhbəri Ramon Muçaço məlumat verib.

"Çakao sağlamlıq mərkəzinin balansı: 93 xəstə. Onlardan ikisi güllə yarası (həyatları təhlükədə deyil), 72 nəfər travma, 6 nəfər isə qırma yarası alıb, 13 nəfərə nəfəs tutulması daqonozu qoyulub. Ölən yoxdur", — deyə Muçaço "Twitter" mikrobloqunda yazıb.

Venesuelada etirazlar aprelin 4-də Ali Məhkəmənin müxalifyönlü Milli Assambleyanın hakimiyyətinin ciddi şəkildə məhdudlaşdırılması barədə qərarından sonra başlayıb.

Bu dövr ərzində ölənlərin sayı, müxtəlif qiymətləndirmələrə görə, 39-46 nəfər arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi