İspaniyanın El-Hierro adası yaxınlığında qayığın batması nəticəsində azı 9 miqrant ölüb, daha 48 miqrant itkin düşüb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidmətləri məlumat verib.
Bildirilib ki, bu, son 30 ildə miqrantların iştirakı ilə bölgədə baş vermiş ən faciəli hadisə ola bilər.
Xidmətlər həmçinin əlavə ediblər ki, İspaniya sahillərinə çatmağa çalışan 84 miqrantdan 27-si xilas edilib.
Qeyd olunub ki, miqrantlar Mali, Mavritaniya və Seneqaldan olublar.