Kanadanın Toronto şəhərində atışma olub, ölənlər var

Digər ölkələr
  • 29 iyun, 2019
  • 18:21
Kanadanın Toronto şəhərində atışma olub, ölənlər var

Kanadanın şimal-qərbindəki Toronto şəhərində atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı məlumat yayıb.

Telekanalın polisə istinadən yaydığı məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində - çoxmərtəbəli yaşayış binasında, digəri isə xəstəxanada ölüb. Sonradan xəstəxanaya atışmada xəsarət almış daha bir yaralı müraciət edib. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hüquq-mühafizə orqanları hadisənin başvermə şəratini müəyyənləşdirir. Ölənlərin və xəsarət alan şəxsin adları açıqlanmır.