Kanadada yanğın zamanı bir ailənin 7 övladı ölüb

Kanadada yanğın zamanı bir ailənin 7 övladı ölüb Bakı. 19 fevral. REPORT.AZ/ Kanadanın Qalifaks şəhərində evdə baş vermiş yanğın nəticəsində 7 uşaq ölüb.
Digər ölkələr
9278
19 Fevral , 2019 22:51
Kanadada yanğın zamanı bir ailənin 7 övladı ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Kanadanın Qalifaks şəhərində evdə baş vermiş yanğın nəticəsində 7 uşaq ölüb.

“Report” xəbər verir ki, bu barədə şəhərin rəsmi saytı məlumat yayıb.

"Qalifaksda evdə yanğın zamanı 7 uşaq həyatını itirib. Onların hamısı bir ailədən olub", - deyə məlumatda bildirilir.

Həmçinin məlumdur ki, kişi və qadın xəstəxanaya çatdırılıb. Şəhərin cənubunda yanğın barədə məlumat səhər tezdən daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gələn kimi, yanğını söndürməyə müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi