Kanadada təyyarə qəzası nəticəsində pilot ölüb

Kanadada təyyarə qəzası nəticəsində pilot ölüb Uçuş zamanı təyyarə ilə əlaqə itib
Digər ölkələr
18 Dekabr , 2017 05:00
Kanadada təyyarə qəzası nəticəsində pilot ölüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Kanadanın Manitoba əyalətinin meşə zonasında kiçik mühərrikli hava gəmisinin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.

"Report" CBC kanalına istinadən xəbər verir ki, "Piper" şirkətinə məxsus təyyarənin sükanı arxasında 60 yaşlı pilot olub.

O, Manitoba əyalətinin şimal hissəsində yerləşən Gillam şəhərindən cənubdakı Arqayl yaşayış məntəqəsi istiqamətində uçub.

Göyərtədə pilotdan başqa heç kim olmayıb. Uçuş zamanı təyyarə ilə əlaqə kəsilib. Hava gəmisinin qalıqları Bolder şəhər aeroportu yaxınlığındakı meşəlik ərazidən tapılıb.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi İdarəsi araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi