​Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

​Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb Hava gəmisində ümumilikdə 7 nəfər olub
Digər ölkələr
30 Mart , 2016 01:32
​Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Bakı. 30 mart. REPORT.AZ/ Kanadada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.

"Report" CBC-yə istinadən xəbər verir ki, qəza Kvebek əyalətində, Madlen adalarında baş verib.

Hava gəmisində ümumilikdə 7 nəfər olub, onlardan 6-sı yerindəcə ölüb. Bir nəfər kişi sağ qala bilib və təcili xəstəxanaya çatdırılıb. Kişinin ağır vəziyyətdə olduğu bildirilir.

Kvebek polisi təyyarənin şəxsi mülkiyyətə aid olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi