Bakı. 30 yanvar. REPORT.AZ/ Kanadanın Britaniya Kolumbiyası əyalətinin Mak Brayd rayonunda baş verən qar uçqunu nəticəsində 5 nəfər ölüb.
"Report" xarici KİV-inə istinadən xəbər verir ki, hadisə yerində helikopterlər vasitəsilə axtarış-xilasetmə əməliyyatı keçirilir.
Xilasedicilərin məlumatına görə, üç qrup qar uçqununun altında qalıb.
Hadisə nəticəsində 8 nəfərin qaravtosuna ziyan dəyib.